USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Ukrayna məhsullarına tətbiq edilən gömrük rüsumlarını daha bir il müddətinə dayandırıb

24.04.2024 Siyasət
0 0
Avropa Parlamenti (AP) həssas kənd təsərrüfatı məhsulları istisna olmaqla, Ukraynadan idxal edilən bütün məhsullara gömrük rüsumlarının daha bir il müddətinə dayandırılmasını təsdiqləyib.

Avropa Parlamentinin (AP) Baş Assambleyasının Strasburqda keçirilən iclasında Ukraynaya iqtisadi dəstək üçün hazırlanan muxtar ticarət tədbirlərinin uzadılması 428 “hə” səsi ilə qəbul edilib.

Müvafiq olaraq, Ukraynanın Aİ-yə ixracına idxal rüsumlarının və kvotaların dayandırılması 2025-ci il iyunun 5-dək uzadılacaq. Beləliklə, Aİ-nin Ukraynaya iqtisadi dəstəyi davam edəcək.

Ukrayna məhsulları ilə bağlı Aİ fermerlərinin yaşadıqları problemlər nəzərə alınacaq. Bu çərçivədə AB daxili bazarında bəzi həssas məhsullar üçün tədbirlər həyata keçiriləcək.

Ukraynadan Aİ-yə quş əti, yumurta, şəkər, yulaf, qarğıdalı, yarma və bal kimi məhsulların idxalı 2021-ci ilin ikinci yarısında və 2022 və 2023-cü illərdə orta miqdarda sabitlənəcək. Bu məhsulların Ukraynadan idxalı müəyyən edilmiş hədləri keçərsə, gömrük rüsumları yenidən qüvvəyə minə bilər.

Aİ Komissiyası Ukraynadan həssas məhsulların idxalına nəzarət edəcək. Göstərilən səviyyələr keçərsə, Komissiya sürətli tədbirlər görəcək.