USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa fond bazarları yüksəlişlə açılıb

24.04.2024 İqtisadiyyat
0 0
Avropa birjaları Fransa istisna olmaqla günə yüksəlişlə başlayıb. Açılışdan sonra Stoxx Europe 600 göstərici indeksi 0,1 faiz dəyər qazanması ilə 508 bənddən, Almaniyada DAX 40 indeksi isə 0,3 faiz artımla 18 min 194 bənddən ticarət edir.

İngiltərədə FTSE 100 indeksi 0,5 faiz artaraq 8 083 bənd, İtaliyada MIB 30 indeksi 0,2 faiz artaraq 33 455 bənd, İspaniyada IBEX 35 indeksi 0,1 faiz artaraq 11 081 bənd, Fransada isə CAC 40 indeksi 0 faiz artaraq ,2 dəyər itirməklə 8,091 bənd təşkil edir.

Avro/dollar pariteti hazırda 0,1 faiz azalaraq 1,0690 səviyyəsindədir.

Analitiklər, dünən ABŞ-da açıqlanan məlumatların proqnozlara uyğun gəlmədiyini və iqtisadi aktivliklə bağlı zəif siqnallar verdiyini, ABŞ Federal Ehtiyat Sisteminin (FED) il ərzində faiz dərəcələrini azaltmağa başlaya biləcəyi gözləntilərini artırdığını bildirib.

Dünən bölgədə açıqlanan aparıcı PMI məlumatlarının qarışıq siqnallar verdiyini xatırladan analitiklər, istehsal sənayesi PMI məlumatlarının Avro Bölgəsi, Almaniya və İngiltərədə gözləntilərin altında qalmasının diqqətəlayiq olduğunu söyləyib.

Həmçinin dünən Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət xərclərinin və büdcə kəsirlərinin azaldılmasına yönəlmiş yeni fiskal qaydaları təsdiqləyib.