USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şimali Koreya nümayəndə heyəti İranda

24.04.2024 Siyasət
0 0
Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Jung Ho-nun başçılıq etdiyi Şimali Koreya nümayəndə heyəti ikitərəfli, regional və iqtisadi əlaqələri müzakirə etmək üçün İrana gəlib.

İranın rəsmi xəbər agentliyi Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr Naziri Yun Junq Honun başçılıq etdiyi Şimali Koreya nümayəndə heyətinin İranda olduğunu açıqlayıb. Şimali Koreya nümayəndə heyətinin Tehrana səfərinin təfərrüatları ilə bağlı açıqlama verilməyib.

İran və İsrail arasında bölgədə artan hərbi gərginlikdən sonra Şimali Koreyadan İrana bir heyət göndərilməsi diqqət çəkib. Şimali Koreya sonuncu dəfə 2019-cu ilin avqustunda İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. İran mətbuatında səfərin qiymətləndirilməsində iki ölkə arasında sıx iqtisadi əlaqələrin olmadığı, lakin nüvə proqramlarına görə Şimali Koreya və İrana tətbiq edilən sanksiyaların iki ölkəni daha da yaxınlaşdırdığı vurğulanıb.

İHA-da yer alan xəbərə görə, Ukrayna müharibəsində Rusiyaya dəstək verən azsaylı ölkələrdən biri olan Şimal və İran Rusiyaya hərbi texnika daşımaqda günahlandırılır.