USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya və Türkiyə liderləri anlaşdı

28.07.2018 İqtisadiyyat
0 0
Erdoğan və Putin BRİCS-də görüşüb.

"Kommersant.az" xəbər verir ki, Erdoğan və Putin BRİCS zirvə toplantısında Türkiyənin Rusiyadan ət idxalını müzakirə ediblər.

Tərəflər arasındakı razılaşmaya əsasən sözügedən idxalat başlayarsa, Rusiya Türkiyənin ət idxal edəcəyi 6-cı ölkə olacaq. Ümumiyyətlə, 2017-ci ilə nəzər salsaq, Türkiyənin ət idxalının Polşa, Fransa, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina ölkələrindən olduğunu müşahidə edərik. Sadalanan ölkələrdən alınan ət miqdarı isə ötən il 18 milyon kiloqrama çatıb. Onu da qeyd edək ki, Türkiyə sümüksüz əti ancaq Bosniya və Hersoqovinadan alır.

Verilən məlumata görə dövlətlər arasında ət idxalı ilə bağlı təklif, Rusiya prezidenti Vladimir Putindən gəlib.