USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoinin son qiyməti

01.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoin 8 min dollara alınıb-satılmaqda davam edir

"Kommersant.az"ın Trend-ə istinadla məlumatına görə, mütəxəssislər bitkoinin bir müddət bu həddə qalacağını proqnozlaşdırır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,54% azalaraq 8,129 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar ucuzlaşma nümayiş etdirib. Belə ki, "Ethereum" 2,53% və ya 452,2 dollaradək, "Ripple" 2,4% (0,442 dollara qədər), "Bitcoin Cash" isə 2,25% (802,91 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 267,93 milyard dollar təşkil edir və bunun 48,03% faizi bitkoinin payına düşür.