USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro əskinaslarında yeni dövr: Dizayn və təhlükəsizlik yenilənir

12.05.2025 İqtisadiyyat
0 0
Avropa Mərkəzi Bankı avro əskinaslarının həm dizaynını, həm də təhlükəsizliyini yeniləyərək onlara müasir görünüş verməyi planlaşdırır.

Avropa Mərkəzi Bankı (AMB) 2002-ci ildən dövriyyədə olan avro əskinaslarının yenilənməsi ilə bağlı qərar qəbul edib.Əslində ediləcək dəyişikliklərlə əskinasların dayanıqlığı artırılacaq və saxtakarlığa qarşı təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırılacaq. Yeni dizaynlar Avropanın mədəni irsini və təbii gözəlliklərini əks etdirəcək.

AMB əskinaslarda təhlükəsizlik xüsusiyyətlərini gücləndirməyi hədəfləyir
“Sözcü”də yer alan xəbərə görə, dəyişikliyin əsas səbəblərindən biri əskinasların intensiv istifadə nəticəsində köhnəlməsidir. Lakin AMB təkcə fiziki dayanıqlığı artırmaq deyil, həm də əskinaslarda təhlükəsizlik elementlərini gücləndirmək məqsədi daşıyır. Bu prosesdə əskinaslara Avropanın mədəni müxtəlifliyini təmsil edən simvollar da əlavə olunacaq.

Yeni dizaynlar iki əsas mövzu ətrafında formalaşacaq. İlk olaraq əskinaslarda Mari Küri, Leonardo da Vinçi, Lüdviq van Bethoven və Servantes kimi Avropa mədəniyyət tarixində iz qoymuş adlar yer alacaq. İkincisi, təbii gözəllik, Martin quşu, leylək və qılıncqabağı kimi Avropaya məxsus quş növləri ilə vurğulanacaq.

AMB bu dizayn prosesini 2021-ci ildə başlatdı
5 Avro kimi kiçik əskinasların bir tərəfində Avropanın müxtəlif şəhərlərində gündəlik həyatdan səhnələr olacaq. Digər tərəfdən, Avropanın fundamental təsisatlarının simvollarından istifadə olunacaq. AMB bu dizayn prosesini 2021-ci ildə başlatdı və Avropa ictimaiyyətinin fikirlərini nəzərə aldı.

Yeni əskinasların dizayn prosesi hələ tamamlanmayıb, lakin AMB-nin planlarına əsasən, onların yekun təsdiqlərdən sonra yaxın bir neçə il ərzində dövriyyəyə buraxılması gözlənilir