USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 16%-dən çox artıb

24.07.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 352,2 milyon ABŞ dolları və ya 16,2% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,33%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 590,5 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,9 milyon ABŞ dolları və ya 6,1% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 1,9 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 318,2 milyon ABŞ dolları və ya 19,7% artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Rusiyaya 586 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 44,3 milyon ABŞ dolları və ya 8,2% çoxdur.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 33,41% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına çevrilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

  • Əvvəlki

    İranın xarici işlər naziri Erakçinin ölkəsinin diplomatik gündəmi ilə bağlı açıqlaması

Digər xəbərlər