USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski: Əgər biz güclü və qətiyyətli davransaq, sülh əldə edilə bilər

29.07.2025 İqtisadiyyat
0 0
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya müharibəni uzatmaq üçün əlindən gələni edir və biz güclü və qətiyyətli hərəkət etsək sülh əldə edilə bilər.

Zelenski videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib. ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri zamanı Rusiya əleyhinə səsləndirdiyi bəyanatlara toxunan Zelenski, “Prezident Tramp bu gün son dərəcə mühüm açıqlama verdi” deyib.

Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən Zelenski, “Aydındır ki, Rusiya sülh səylərini pozmaq və bu müharibəni uzatmaq üçün əlindən gələni edir”.

Zelenski Rusiyaya sanksiyalar vasitəsilə təzyiq edilməli olduğunu müdafiə edərək, "Həqiqətən güclü və qətiyyətli hərəkət etsək, sülh əldə edilə bilər. Biz dəfələrlə bəyan etmişik və bütün müttəfiqlərimiz bunu bilir: sanksiyalar əsasdır" deyib.

Sülhün “güc yolu ilə” əldə oluna biləcəyini deyən Zelenski, davamlı sülhə nail olmaq üçün ABŞ-la işləməyə hazır olduğunu bildirib.

Tramp Putinin Ukrayna ilə bağlı razılığa gəlməsi üçün yeni “10 və ya 12 gün” müddəti təyin edib.
ABŞ prezidenti Donald Tramp qolf meydançalarını gəzmək üçün Şotlandiyaya səfəri zamanı Britaniyanın baş naziri Key Starmerlə mətbuata danışıb.