USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qeyri-həyat sığortası üzrə yığım və ödənişlər artıb

28.08.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 244,103 milyon manat təşkil edib.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 20,8 milyon manat və ya 9,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi 76,045 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 2,7 milyon manat və ya 3,7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.

  • Əvvəlki

    “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Digər xəbərlər

28.08.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
28.08.2025 İqtisadiyyat
Bu günün valyuta məzənəlləri
0 0
27.08.2025 İqtisadiyyat
Bütün sosial ödənişlər verildi
0 0