USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını 12% artırıb

01.09.2025 İqtisadiyyat
0 0
Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 1,9 milyard manata çatıb.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 6,1 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219,1 milyon manat və ya 11,8% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat və ya 11% artım deməkdir.