USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata iki audit şirkətinə lisenziya verib, birini ləğv edib

02.09.2025 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Auditorlar Palatası iki audit şirkətinə lisenziya təqdim edərkən, birinin lisenziyasına xitam verib.

Kommersant.az xəbər verir ki, 5 il müddətinə iki lisenziya əldə edən şirkət “Audit Center” MMC və “A-Plus Finance” MMC-dir.

Audit şirkətləri 2030-cu ilin avqustuna qədər bu lisenziyanı əldə ediblər.

Lisenziyadan məhrum olan isə “SET FİNANCE” MMC-dir. 2026-cı ildə lisenziyasının müddəti bitməli idi. Lakin tənzimləyici şirkətin lisenziyasına vaxtından əvvəl xitam verilib.