USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızılın qiyməti ilk dəfə 3600 dolları keçib

03.09.2025 İqtisadiyyat
0 0
Qızılın qiyməti yenidən tarixi rekordu yeniləyib — “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri ilk dəfə olaraq bir troya unsiyası üçün 3600 dollardan yuxarı ticarət olunur.

Birjanın məlumatına görə, qızılın qiyməti bir troya unsiyası üçün 3602 dollara çatıb. Dünən saat 22:50-yə olan məlumata görə artım 3600.4 dollara qədər (2.4%) zəifləyib.

Qızılın qiyməti ardıcıl ikinci gündür rekord yeniləyir. Sentyabrın 1-də tarixdə ilk dəfə dəyərli metal bir troya unsiyası üçün 3550 dollardan yuxarı ticarət olunub.