USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığortalıların sanatoriya müalicəsinə 25 milyon manat ayrılacaq

05.11.2025 İqtisadiyyat
0 0
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər 25,0 mln. manat məbləğində nəzərdə tutulur.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu vəsaitin 20,5 mln. manatı (ümumi proqnozlaşdırılan məbləğin 82 faizi) sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına, 0,2 mln. manatı sığortaolunanların uşaqlarına sağlamlıq düşərgələrinə, istirahətin təşkilinə, 2,6 mln. manatı AHİK-in idman cəmiyyətlərinə məxsus qurğuların qismən saxlanılmasına (işçilərin əməkhaqlarının ödənilməsi), 1,7 mln. manatı isə Həmkarlar İttifaqlarının əməyin mühafizəsi və hüquq mütəxəssislərinin, etimadlı həkimlərin sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılması istiqamətləri üçün nəzərdə tutulub.