USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin bu şirkəti Rusiya ilə əlaqələrini kəsdiyini bəyan edib

03.12.2025 İqtisadiyyat
0 0
Bu yaxınlarda Seneqal sahillərində hücuma məruz qalmış “Mersin” neft tankerinə sahib olan Türkiyənin “Beşiktaş Shipping” şirkəti Rusiya ilə əlaqəli bütün gəmiçilik əməliyyatlarını dayandırıb.

Şirkətin bəyanatına əsasən, “Bekiktaş Shipping” daha Rusiya ilə bağlı yükdaşıma reysləri həyata keçirməyəcək.

"Beşiktaş Shipping” həmçinin əmin edir ki, şirkət beynəlxalq sanksiya rejimlərinə və qiymət məhdudiyyəti mexanizminə tam şəkildə riayət edib. Lakin regiondakı təhlükəsizlik vəziyyəti kəskin şəkildə pisləşib və şirkətin gəmilərinin və ekipajlarının üzləşdiyi risklər qəbuledilməz hesab olunub.

Qeyd edək ki, “Beşiktaş Shipping” Türkiyənin ən iri gəmiçilik şirkətlərindən sayılır və şirkət ümumilikdə 29 tankerə sahibdir.

Xatırladaq ki, dekabrın 1-də Seneqal sahillərində üzən şirkətə məxsus “Mersin” tankerin yaxınlığında dörd partlayış baş verib. Ekipaj üzvləri zərər görməyib, ətraf mühitin çirklənməsi qeydə alınmayıb.

  • Əvvəlki

    Bakının bu ərazisində işıq olmayacaq

Digər xəbərlər

02.12.2025 İqtisadiyyat
Azərbaycanda pul bazası artıb
0 0