Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58,173 milyard manat təşkil edib.
Kommersant.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,572 milyard manat və ya 8,7% azdır.
Eyni zamanda hesabat dövründə 26 785 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41 363 vahid və ya 2,5 dəfə azdır.
BFB-nin dövriyyəsinin 46,818 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 9,010 milyard manat və ya 16,1% azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 3,323 milyard manat və ya 57% artaraq 9,153 milyard manata bərabər olub.