USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mağazalara satılan mallar ƏDV və aksizə cəlb ediləcək

29.12.2025 İqtisadiyyat
0 0
Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dərəcə ilə cəlb ediləcək.

Kommersant.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, aksizli malların ixracı və Azərbaycan Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır dərəcəsi ilə vergiyə cəlb olunacaq.

Mövcud qanunvericiliyə görə, aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

  • Əvvəlki

    Torpaqlarda çalışanlar və onların ailə üzvləri üçün sosial sığorta haqqı artırılır

Digər xəbərlər