USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il yaşayış minimumu 300 manat olacaq

29.12.2025 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Kommersant.az xəbər verir ki, Qanuna əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.

Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

  • Əvvəlki

    Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Digər xəbərlər