USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib - FƏRMAN

29.12.2025 İqtisadiyyat
0 0
"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qanunu təsdiqlənib.

Kommersant.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Əvvəlki

    Büdcədən bu şəxslərə 90 manat tibbi sığorta haqqı ödənilməsi dayandırılır

Digər xəbərlər