USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd təsərrüfatı sahəsi üzrə biznes kredit portfeli böyüyüb

29.12.2025 İqtisadiyyat
0 0
Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sahəsi üzrə biznes kredit portfeli 2,038 milyard manat təşkil edib.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 49,1 milyon manat və ya 2,5%, ötən ilin eyni dövrünə nisbətən isə 269,8 milyon manat 15,2% artıb.

Belə ki, kənd təsərrüfatı sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin noyabrın 1-nə 1,989 miyard manat, ötən ilin dekabrın 1-nə isə 1,769 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkil edib.