USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsaitin həcmi artıb

05.01.2026 İqtisadiyyat
0 0
Bu il təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur.

Kommersant.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.

Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:

Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;

Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi - 801,5 milyon manat;

Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;

Orta ixtisas təhsili xərcləri - 94,2 milyon manat;

Peşə təhsili xərcləri - 105,5 milyon manat;

Əlavə təhsil və tətbiqi tədqiqatlar - 28,2 milyon manat;

Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1 milyard 104,1 milyon manat.