Ötən il Azərbaycandan Gürcüstana 2,3 milyard kubmetr təbii qaz ixrac edilib.
Kommersant.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü illə müqayisədə ötən il Azərbaycandan Gürcüstana qaz ixracı 0,1 milyard kubmetr və ya 4,2% azalıb.
Belə ki, 2024-cü ildə Azərbaycandan Gürcüstana 2,4 milyard kubmetr təbii qaz ixrac edilmişdi.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı isə 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.