USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2025-ci ildə Azərbaycandan ən çox neft idxal edən ölkələr açıqlandı

21.01.2026 İqtisadiyyat
0 0
2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərdə təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm baxımından isə 215 min ton (0,9 faiz) artıb.

Yanvar-noyabr ayları üzrə ən çox Azərbaycan neftini idxal edən ölkələrin ilk üçlüyündə birinci yerdə İtaliya (13,1 milyon ton, 6,7 milyard dollar) yer alır, ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) gəlir.

Aşağıdakı cədvəldə 2025-ci ildə Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən ölkələrin ilk onluğu göstərilib.

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə)

İtaliya

13 111 475,61

6 727 698 250

Çexiya

1 405 059,25

742 159 080

Xorvatiya

1 255 021,16

666 587 010

Rumıniya

1 122 055,58

598 454 150

Almaniya

956 716,48

502 018 650

Portuqaliya

803 374,35

430 730 820

Yunanıstan

702 354,87

367 729 040

Böyük Britaniya

648 255,19

336 954 560

İrlandiya

577 056,93

289 696 230

Tunis

432 028,56

227 895 520

Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb.