USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonada istehsal PMI artıb

03.02.2026 İqtisadiyyat
0 0
Avrozonada istehsal üzrə Satınalma Menecerləri İndeksi (PMI) yanvar ayında 0,7 bal artaraq 49,5-ə çatıb.

Beynəlxalq maliyyə araşdırma şirkəti S&P Global, Avrozonanın yanvar ayı istehsal PMI məlumatlarını açıqladı. Məlumatlara görə, Avrozonanın istehsal sektoru yanvar ayında müəyyən qədər canlanma göstərib. İstehsal PMI dekabr ayında 48,8 baldan yanvar ayında 49,5 bal səviyyəsinə yüksəlib. Bu, Avrozonanın istehsal PMI-si üçün son iki ayda ən yüksək səviyyədir.

Bazar gözləntiləri Avrozonanın yanvar ayı istehsal PMI-sinin 49,4 bal olması idi. Açıqlanan məlumatların bazar gözləntilərindən daha yüksək olması diqqətəlayiqdir.

PMI məlumatlarında 50 baldan yuxarı göstərici sektoral artımı, 50 baldan aşağı göstərici isə daralmanı göstərir.