USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bəzi ərazilərində qaz olmayacaq

03.02.2026 İqtisadiyyat
0 0
Bu gün paytaxtın bəzi ərazilərin qaz təchizatında fasilələr yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə fevralın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.