USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağac kəsdi, - 2 min manat CƏRİMƏLƏNDİ

20.08.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

"Kommersant.az" xəbər verir ki, reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində yaş köküstə 32-34 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Faxralı kənd sakini Sübhan Alıyev tərəfindən kəsildiyi və təbiətə 650 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və ona 2000 manat məbləğində cərimə tətbiq olunub.

  • Əvvəlki

    "Kommersant.az"-ın əməkdaşı mükafata layiq görüldü

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0