USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Benzinin bahalaşmağı maşın bazarını məhv edəcək" - AVTOSALONLAR

20.08.2018 İqtisadiyyat
0 0
"Alver 50-60% azalacaq"

"Kommersant.az" xəbər verir ki, bu sözləri Bakıda fəaliyyət göstərən avtosalonların satış menecerləri benzinin bahalaşmağına münasibət bildirərkən deyiblər. Onların sözlərinə görə, yaranacaq bahalaşmadan sonra bazarın özünə gəlməyi hələ 6-7 ay çəkəcək ki, bu fəaliyyətsiz müddət də bazarı məhv edəcək.

"Əvvəl ayda 40 maşın satırdıqsa, bahalaşmadan sonra..."

"Okean" avtosalondan dedilər ki, bahalaşma "Premium Euro-95" və "Super Euro-98" aid olsa da bu, maşın bazarına çox ciddi və pis təsir edəcək:

"Əvvəl ayda 40 maşın satırdıqsa, bu bahalaşmadan sonra yəqin bu rəqəm 30-20-yə düşəcək".

"Bazar 6-7 aya ancaq özünə gələr"

"Star" avtosalondan isə dedilər ki, onsuz da əvvəllər də alver zəif olub, bu bahalaşma bazarı lap məhv edəcək:

"İki aya 1 dənə maşın satırdıq. Benzini bahalaşdırdılar, bazar 6-7 aya ancaq özünə gələr. Reallıq ondan ibarətdir ki, onsuz da bazar yanvar ayından ziyandadır. Bu bahalaşma bazarı 100% geri salıb məhv edəcək".

"Al-ver 50-60% geriləyəcək"

"Olimp" avtosalonunun satış meneceri portalımıza açıqlamasında bildirdi ki, qərar iri mühərrikli avtomobillərlə yanaşı kiçik bazara da mənfi təsir göstərəcək:

"Tək bizdə yox, ümumiyyətlə bazarda alver 50-60% geriləyəcək".