USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il bu ölkəyə 20 milyon turist gəlib

22.08.2018 İqtisadiyyat
0 0
Bu ilin birinci yarısında Yaponiyanı rekord sayda əcnəbi turist ziyarət edib. İlk dəfə olaraq, ilin indiki vaxtında ölkəyə 20 milyon turist səfər edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalistlərə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

Hokkaydo prefekturasında yerləşən Tesikaqa şəhərində jurnalistlərə müsahibə verən Y.Suqa qeyd edib ki, Baş nazir Şinzo Abenin hökuməti turizmə regionların canlandırılması və iqtisadi inkişafı üçün mühüm vasitə kimi baxır. Nəticədə avqustun 15-nə olan məlumata görə, Yaponiyaya cari ildə səfər edən əcnəbilərin sayı 20 milyona çatıb. Baş katibin sözlərinə görə, bu, tarixboyu ölkəyə turist axınının ən yüksək göstəricisidir.

Yaponiya Milli Turizm Təşkilatının bildidridiyinə görə, ölkəyə gələn əcnəbi turistlərin sayı ötən il sentyabrın 15-də 20 milyona çatmışdı.

AZƏRTAC

  • Əvvəlki

    Növbəti sammitin keçiriləcəyi ölkə məlum oldu

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0