USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda Qurban bayramı münasibətilə əcnəbilər üçün tədbirlər təşkil edilib

22.08.2018 İqtisadiyyat
0 0
Dövlət Miqrasiya Xidməti (DMX) Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi açıb.

Bu barədə "Kommersant.az"a DMX-dən məlumat verilib.
Mərasim iştirakçılarına mənəvi birlik və həmrəylik rəmzi sayılan müqəddəs Qurban bayramı münasibətilə təbriklər çatdırılıb. Bildirilib ki, yüksək əhval-ruhiyyə ilə qeyd edilən bu bayram cəmiyyətimizdə saflıq və xeyirxahlıq hisslərini aşılayır.
İnsanların fədakarlığını daha da gücləndirən, hər bir bəşər övladına mərhəmət təlqin edən bu əziz bayram münasibətilə, həmçinin ölkəmizdə qaçqın statusu almış şəxslərlə DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsində görüş keçirilib. Onlara bayram sovqatları hədiyyə edilib.