USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

40 yaşına çatmamış mütləq edilməlilər - SİYAHISI

23.08.2018 İqtisadiyyat
0 0
Öyrənməyin sonu yoxdur. Neçə yaşında olursanız olun, öyrənməyə davam edə bilərsiniz. Lakin bəzi şeyləri çox gecikmədən öyrənmək lazımdır. Bunlar gündəlik və peşəkar həyatda sizə faydalı olacaq, daha məhsuldar həyat sürməyinizi təmin edəcək şeylərdir.

1. Düzgün ünsiyyət qurmaq

İnsanlarla düzgün ünsiyyət qura bilmək üçün təkcə yaxşı danışmaq yox, eyni zamanda çox yaxşı dinləyici olmaq lazımdır.

2. Xəyallarınızı öyrənmək

Adətən insan ömrünün əksəriyyəti işləyərək keçir. Bu müddətin peşmanlıqla keçməməsi üçün nəyə həvəsinizin olduğunu bilib buna müvafiq işlərdə işləməyiniz məsləhət görülür.

3. Pul yığmaq

Xoşbəxt və hüzurlu yaşamaq üçün əlbəttə ki, sevdiyiniz fəaliyyətlərlə məşğul olmalısınız. Ancaq gözlənilməyən hallara hazır olmaq və daha yaxşı yaşamaq üçün bir çox insan əhəmiyyət verməsə də, pul yığmaq olduqca əhəmiyyətlidir.

4. Yox deməyi öyrənmək

Bir çox insanlar "yox" deməyi bacarmırlar. Bu vəziyyət təkcə insanlarla olan ünsiyyət zamanı deyil, sevdikləri hansısa bir yemək və ya şirniyyata qarşı da ola bilir.

"Yox" demək sizin pis insan olmağınız demək deyildir, əksinə vəziyyət bunu tələb edirsə "yox" demək həm sizin, həm də başqaları üçün ən yaxşı seçim olacaqdır.

5. Ailə və dostların əhəmiyyətini başa düşmək

İnsanın ailəsi və dostları onun şəxsiyyətinin formalaşmasında və baxış bucağının müəyyənləşməsində böyük rola sahibdirlər.

Onlar, eyni zamanda insanın ən böyük dəstəkçiləridir. Bunu, gərgin iş rejimində unuda bilərsiniz, ancaq çox gecikmədən ailə və dostlarınızla daha çox vaxt keçirməyə çalışın.

6. Uğursuzluğun uğura gedən yolda lazımlı olduğunu qəbul etmək

Təcrübələr artdıqca uğur və uğursuzluqlar da artacaqdır. Yaşadıqca görəcəksiniz ki, uğurun ən yaxın dostu əslində elə uğursuzluqdur. Odur ki, uğursuzluğu öyrənmək üçün bir fürsət olaraq dəyərləndirməlisiniz.

7. Çətin anlarda emosiyalarınıza nəzarət etməyi öyrənmək

Stressli, kədərli və enerjisiz hiss etdiyiniz vaxtlarda özünüzü ələ alıb yola davam etməyi öyrənməyiniz özünüzə verə biləcəyiniz ən yaxşı hədiyyələrdən biridir.

8. Vaxtı düzgün idarə etmək

Vaxt ötdükcə məsuliyyətləriniz və etməli olduqlarınız artacaq. Bunları ən qısa müddətdə həll edib özünüzə vaxt ayırmağa çalışmalısınız. Buna isə vaxtınızı düzgün idarə edərək nail ola bilərsiniz.

9. Sahib olduqlarınızın dəyərini bilmək

Sahib olduqlarınızın dəyərini bilərək yaşamaq sizə yolunuza davam etmək üçün güc verəcəkdir.

10. Özünüzün dostu olmaq

Öyrənilməsi ən çətin və bir o qədər də vaxt aparan şeylərdən biri heç şübhəsiz ki, insanın özü ilə barışıq olması və özü ilə dost ola bilməsidir.

Ətrafınızda nə qədər insan olursa olsun, sizi ən yaxşı başa düşən yenə özünüz olacaqsınız.


(c) Banco

  • Əvvəlki

    Avstraliya "Huawei" şirkətinə qadağa qoydu

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0