"Kommersant.az" xəbər verir ki, "Morgan Stanley" iqtisadçısı ticarət savaşlarının Çin iqtisadiyyatına hər hansı təsirinin olmayacağını bildirib.
Belə ki, "Morgan Stanley"in Çin üzrə baş iqtisadçısı Robin Xing Çin hökumətinin ABŞ-la davam etməkdə olan "savaş"ına qarşı tədbirlər görməyə davam edəcəyini bildirib. Onun sözlərinə görə, Çin ABŞ-ın yürütdüyü vergi siyasətinə qarşı baş verə biləcək bütün nəticələrə hazır olduğundan "savaş"ın Çin iqtisadiyyatından yan keçəcəyi proqnozlaşdırılır.
Xing sonda bu ilin əvvəlində 6,8% böyüyən Çin iqtisadiyyatının gələn il 6,4% böyüməsini gözlədiyini də sözlərinə əlavə etdi.