USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Örüş sahələri müddətli icarəyə veriləcək - MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİLDİ

31.08.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, dövlətə məxsus örüş, biçənək, otlaq sahələri yeni qayda ilə icarəyə veriləcək.

"Kommersant.az" xəbər verir ki, həmin sahələrin icarəyə verilməsi "Torpaq icarəsi haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında" Qərarına dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli qərarı ilə təsdiqlənən "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"na əsasən, yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. İndiyə qədər Qaydalarda dövlət mülkiyyətindəki örüş, biçənək, otlaq sahələrinin icarəyə verilməsi proseduru əksini tapmamışdı.

Xatırladaq ki, ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər isə hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir.

"Yeni qaydada yeganə fərq, torpaq sahələrinin istifadəçilərə müddətsiz deyil, bundan sonra müddətli verilməsindədir".

Bunu redaksiyamıza açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bu əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan sakinlər üçün yaxşı nəticələnməyə bilər:

"17 fevral 2011-ci il tarixdə qüvvəyə minən "Normativ hüquqi aktlar haqqında Qanun"a görə, istənilən qanuna dəyişiklik, eləcə də qanunun qəbul edilməsinə dair onu hazırlayan dövlət orqanı ətraflı arayış hazırlamalıdır. Azərbaycanda həmin arayışlar hazırlansa da, təəssüf ki, heç yerdə dərc olunmur. Bu isə həm hüquqşünaslar, həm də mətbuat işçiləri üçün dəyişikliyin mahiyyəti ilə bağlı müəyyən problemlər törədir. Məsələn, Rusiyada həmin arayışları hətta internet saytlarında dərc edirlər.

Dövlətə məxsus örüş, biçənək, otlaq sahələrinin icarəsi ilə bağlı yeni qaydaya əsasən, kənd sakinlərinə həmin torpaqları icarəyə verən yerli icra hakimiyyəti, yaxud bələdiyyə konkret müddətdən sonra daha verməyə də bilər. Belə olan halda vətəndaş uzunmüddətli plan qura bilməyəcək. Bağlanılan müqavilələrdə yaxşı olardı, qeyd olunsun ki, hansı hallarda həmin dövlət orqanı, yaxud da yerli icra hakimiyyəti orqanı sahəni icarəyə verməkdən imtina edə bilər. Bu, müqavilədə dəqiq şəkildə göstərilsə, sonradan elə də ciddi problemin yaranacağını düşünmürəm".

  • Əvvəlki

    “Amazon”un dəyəri artır

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0