Qarabağ Azərbaycandır!

Bitkoinin son qiyməti

14.09.2018 İqtisadiyyat
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,78% artaraq 6,413 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb.
Belə ki, "Ethereum" 7,53% və ya 188,22 dollaradək, "Ripple" 3,86% (0,2695 dollara qədər), "Bitcoin Cash" isə 2,45% (435,93 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 194,18 milyard dollar təşkil edir və bunun 57% faizi bitkoinin payına düşür.