USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mərkəzi Klinika ilə əməkdaşlıq memorandumu - İmzalayıb

14.09.2018 İqtisadiyyat
0 0
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Mərkəzi Klinika arasında tibb sahəsində əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Kommersant.az"a verilən məlumata görə, memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov imzalayıblar.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq tibb müəssisələrinin səmərəli fəaliyyətinin təşkilinə, ayrı-ayrı ixtisaslar üzrə tibbi xidmətlərin müasir tələblərə uyğun qurulmasına, göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibb personalının bilik, bacarıq və praktik təcrübəsinin təkmilləşdirilməsinə, innovativ müalicə üsulları və tibbi texnologiyaların tətbiqinə dair maarifləndirməyə və dolayısı ilə əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə, eləcə də müxtəlif sahələrdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə seminar, konfrans və təlimlərin təşkili işlərinin aparılmasına öz töhfəsini verəcək.

Mərkəzi Klinikanın baş direktoru öz növbəsində Agentlik ilə əməkdaşlığın səmərəli nəticə verəcəyinə əminliyini ifadə edib.
Tərəflər arasında imzalanan memoranduma tibb sahəsində müasir müalicə və müayinə üsulları barədə seminarların və tibbi xidmətlərin təşkili üzrə təlimlərin keçirilməsi, Mərkəzi Klinikanın və pilot layihə müddətində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin mütəxəssislərinin birgə iştirakı ilə yüksək texnologiya tələb edən tibbi müdaxilələrin həyata keçirilməsi kimi məsələlər daxil edilib.

  • Əvvəlki

    Hazırda paytaxtın bu küçələrində sıxlıq var (SİYAHI)

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0