USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfir: Meksika bu il Azərbaycanla ticarət dövriyyəsində artım gözləyir

14.09.2018 İqtisadiyyat
0 0
Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 2018-ci ildə 25 milyon dollara çata bilər.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bu barədə Meksikanın müstəqilliyi gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.
Səfir qeyd edib ki, 1992-ci ildən 2014-cü ilədək iki ölkə arasında illik ticarət dövriyyəsi cəmi 1,2 milyon dollar təşkil edib, son üç ildə isə bu göstərici səkkiz dəfə artaraq 9,6 milyon dollara çatıb.
Diplomat əlavə edib ki, Azərbaycanla Meksika arasındakı dostluq əlaqələri getdikcə genişlənir.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələr sürətlə inkişaf edir:
"Azərbayan-Meksika arasında qarşılıqlı səfərlər həyata keçirilir. Parlamentlərarası əlaqələr də əməkdaşlığın vacib sahələrindən biridir. Ölkələr əlaqələri daha da genişləndirməyə imkan verən bir sıra sənədlər imzalayıblar ".
G.Cəfərov qeyd edib ki, rəsmi Bakı 2011-ci ildə Meksika Senatında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edilməsini yüksək qitymətləndirir.

  • Əvvəlki

    İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0