USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

03.10.2018 İqtisadiyyat
0 0
İşlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Kommersant.az"a daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60-cı km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.