"Toyota" Yaponiyadan çıxır

05.10.2018 İqtisadiyyat
0 0
"Toyota" təqribən 2,5 milyon hibrid avtomobili geri çağırmağı planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, buna səbəb kimi avtomobillərin mühərriklərindəki problem göstərilir. Ümumilikdə isə dünya üzrə 2,43 milyon avtomobil geri çağırılacaq. Onlardan 1,25 milyon avtomobil Yaponiyadan, 830 min avtomobil ABŞ-dan, 290 min avtomobil isə Avropadan qaytarılacaq. Avtomobillərin arasında məşhur "Prius" modeli də var.

Qeyd edək ki, mühərrikdəki problemlə bağlı "Toyota"nın digər şirkətlərlə insidenti qeydə alınmayıb.