USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Balığa görə 451 manat cərimələndi

25.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yenikənd su anbarında balıq ovlayan şəxs saxlanılıb.

"Kommersant.az" Departamentin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

  • Əvvəlki

    Ən ucuz qış təkərləri harada satılır? - QİYMƏTLƏR

Digər xəbərlər