USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən ucuz qış təkərləri harada satılır? - QİYMƏTLƏR

25.10.2018 İqtisadiyyat
0 0
Günbəgün soyuyan hava sürücülərin qayğılarının daha da artırır. Məlum olduğu kimi avtomobilin qışa hazırlanması istiqamətində atılan ilk addım təkərlərin sərt hava şəraitinə uyğun dözümlü təkərlərlə əvəzlənməsidir.

"Kommersant.az" xəbər verir ki, Bakıda təkər satışını həyata keçirən kifayət qədər obyekt mövcuddur. Burada satış nöqtələri çeşidə, çeşid qiymətə, qiymət də təkər ölçülərinə görə dəyişir. Təkərlərin çeşidi, qiyməti və digər maraqlı suallar istiqamətində təkər satışı məntəqələrində apardığımız kiçik soruğunu təqdim edirik:

Qiyməti 968 manata olan təkərlər də var

"Tekerstore"dan portalımıza bildirdilər ki, artıq qış təkərləri ilə bağlı müraciətlər daxil olmağa başlayıb. Satış menecerinin sözlərinə görə qiymətlər ölçüyə və təkərin hansı ölkədən gətirildiyi amillərindən asılı olaraq dəyişir. Belə ki, qış təkərlərinin qiyməti 50 manatdan 968 manata qədərdir.

Məlumata görə, bura əsasən Türkiyə, Rusiya və bir çox Avropa ölkəsindən təkər gətirilir. Satış mütəxəssisinin sözlərinə görə, Koreya qış təkəri satmır.

"Tekerstore" qış təkərlərini həm dəst şəkildə, həm də tək-tək də satır. Məhsullara indilik hər hansı bir endirim tətbiq olunmayıb.

Satış məntəqəsindən onu da bildirdilər ki, Bakıda qış fəsli bir o qədər də sərt keçmədiyinə görə, sifarişlər daha çox regionlardan daxil olur. Ən çox qış təkəri sifariş edən rayon isə Qubadır.

Dəst pozularsa təkər tək-tək satılmır

"Radius Təkər Mərkəzi"ndən bildirdilər ki, burada qış təkərlərinin qiyməti ölçü və çeşiddən asılır olaraq 90-450 manat arası dəyişir. Mərkəzdə satılan qış təkərləri Avropa ölkələrindən, Yaponiya, Koreya, Çin və İtaliyadan gətirilir.

Mərkəzin satış meneceri bildirdi ki, əgər dəst pozularsa qış təkərləri tək-tək satılmır. Təkər sayından asılı olaraq isə bəzi hallarda tək-tək satış mümkün ola bilir.

"Radius Təkər Mərkəzi" də bildirdi ki, ən çox sifariş regionlardan, xüsusilə də şimal-şərq rayonlarından daxil olur.

Əhali qış təkərlərindənsə 4 fəsil təkərlərinə üstünlük verir

"Təkər evi"ndan redaksiyamıza verilən məlumata görə, burada qış təkərlərinin qiymətləri ölçü və çeşiddən asılı olaraq 85-600 manat arası dəyişir. Bildirdilər ki, burda satılan təkərlər Koreya istehsalıdır.

Təkərlər tək-tək satılmır, 2-2 və ya dəst şəkildə təqdim olunur.

"Təkər evi"nin satış meneceri deyir ki, əhali qış təkərlərindən daha çox 4 fəsil təkərlərinə üstünlük verir. Belə ki, bu təkərlərin qiyməti 65 manatdan başlayır və 600 manata qədər yüksəlir. Burada da qiyməti fərqləndirən amil ölçü və çeşid müxtəlifliyidir.

Təkər satışı ilə məşğul olan bu mərkəzə də qış təkəri ilə bağlı ən çox sifariş Quba və Qusar rayonlarından daxil olur.