USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook" cərimələndi - 650 MİN DOLLAR

25.10.2018 İqtisadiyyat
0 0
"Facebook", "Cambridge Analytica" qalmaqalına görə cərimələnib.

"Kommersant.az" xəbər verir ki, Britaniyanın informasiya məsələləri üzrə rəsmisi Elizabet Denam "Facebook"a 500 min funt-sterlinq (645 min dollar) dəyərində cərimə kağızı yazıb. Cərimə kağızı şirkətin Dublindəki şöbəsinə və Menlo-Park şəhərciyindəki ofisinə göndərilib.

Şirkətə tətbiq edilən cəriməyə səbəb 2007-2014-cü illərdə "Facebook"un, istifadəçilərin şəxsi məlumatlarını onların razılığı olmadan yayması səbəb olub. Bu isə Britaniya qanunvericiliyinə görə, konfidensional informasiyanın qorunmasının pozulması deməkdir.

Qeyd edək ki, bundan əvvəl "The New York Times" nəşri məlumat yaymışdı ki, "Cambridge Analytica" 10 mindən çox sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarını əldə edərək, onların seçkilərlə bağlı fikirlərini analiz etmək üçün alqoritm hazırlayıb.

Xatırladaq ki, "Facebook"un rəhbəri Mark Zukerberq bu ilin aprelində ABŞ Konqresinin 2 dinləməsində iştirak edib.