USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tütün məmulatları haqqında Qanuna dəyişiklik edildi

31.10.2018 İqtisadiyyat
0 0
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

"Kommersant.az" müvafiq Qanuna edilmiş dəyişikliyi Azərtaca istinadən təqdim edir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2244) 13.1-ci maddəsində "və ya satış məqsədi olmadan verilməsi, habelə" sözləri ", habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə" sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il."