USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Dağıstana dəmir yolu çəkiləcək

31.10.2018 İqtisadiyyat
0 0
Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq.

Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib.

"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək", - deyə V. Vasilyev söyləyib.

2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər. Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.

trend

  • Əvvəlki

    Prezident təqaüdçülərinin sayı artacaq

Digər xəbərlər