USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BDU-da rektor əvəzinin kimliyi dəqiqləşib

16.11.2018 İqtisadiyyat
0 0
Bu xanım BDU-da müvəqqəti olaraq rektor vəzifəsini əvəz edəcək.

"Kommersant.az" xəbər verir ki, Bakı Dövlət Universitetində rektor əvəzinin kimliyi dəqiqləşib.

Abel Məhərrəmov işdən çıxarılandan sonra onun səlahiyyətləri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyevaya verilib.

Qeyd edək ki, İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

O, 2009-2011-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-cı ilin may ayının 26-dan bu vaxta qədər Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur. İ.Əliyeva 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.