USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz” borcları siləcək

23.11.2020 İqtisadiyyat
0 0
Son vaxtlar sosial şəbəkələrdə və bəzi internet saytlarında işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində iştirak edən əsgər və zabitlərimizin qaz təsərrüfatı ilə bağlı problemləri yer almaqdadır.

"Kommersant.az"ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin "Facebook" sosial şəbəkəsində məlumat verilib. Məlumatda qeyd edilib ki, bu məlumatların hamısı diqqətdə saxlanılır, təsdiqini tapanlar, həqiqəti əks etdirənlər barədə müvafiq tədbirlər görülür:

"Qaz xətlərinin çəkilməsi, qapı keçidlərinin quraşdırılması, sayğaclarla bağlı müəyyən çətinliklər "Azəriqaz" İstehsalat Birliyinin imkanları daxilində həll edilir. Bu kimi mövzular sırasında rast gəlinən məqamlardan biri də təbii qazdan istifadəyə görə yaranan borcun ödənilməsində güzəştlərin istənilməsi ilə bağlıdır. Birliyin rəhbərliyi müəyyən addımların atılması üçün belə qərara gəlib ki, 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində yaralanan və şəhid olan əsgər və zabitlərimizin təbii qazdan istifadəyə görə yaranan borcları ilə bağlı məsələlər mərkəzləşdirilmiş şəkildə qeydə alınsın. Xahiş olunur ki, bu cür çətinlikləri olan yaralı əsgər və zabitlərimiz, eləcə də qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin qanuni varisi olan ailə üzvləri qeyd edilən ([email protected][email protected] ) elektron poçt ünvanına müraciətlərini göndərsinlər. Bu müraciətlərdə yaralı əsgər və zabitlərimizin qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsi qeyd olunmalı, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surəti, eləcə də təbii qazdan istifadə etməsi barədə müqaviləsinin surəti əlavə edilməlidir.

Şəhid ailələri isə şəhid olmuş əsgər və zabitin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsini qeyd etməli, eləcə də təbii qazdan istifadə barədə onunla vaxtı ilə imzalanmış müqavilənin surətini əlavə etməlidirlər. Bu müqavilə şəhidin vaxtilə yaşadığı ünvanda hazırda onun qanuni varisi olan ailə üzvlərindən biri ilə də bağlanmış ola bilər".

  • Əvvəlki

    Regionlarda sosial, iqtisadi inkişafın yeni dövrü

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0