USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanğınla bağlı İqtisad Universitetindən açıqlama

03.07.2019 Hadisə
0 0
Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.

"Kommersant.az" xəbər verir ki, UNEC-dən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.