Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Kommersant.Az"a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
FHN-dən bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Məlumata görə, yanğın baş verən 16 mərtəbəli bina "Qaraxan" MTK tərəfindən tikilib.