USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtkin pilotumuzun nəşi tapıldı

20.08.2019 Hadisə
0 0
İyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bunu unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.