USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda mağazalardan 2763 manat oğurlanıb

28.11.2019 Hadisə
0 0
Bakıda mağazalardan 2763 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 mağazadan 2763 manat pul, yaddaş kartı və 13 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.