"Kommersant" APA-nın cənub bürosuna istinadən xəbər verir ki, ilkin məlumata görə, Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıblar.
Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəydiyi bildirilir.
İnsidentin səbəbləri və iştirakçılarının kimliyi hələlik məlum deyil.