USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub

15.06.2018 Hadisə
0 0
Goranboy rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Kommersant" bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Xoylu-Qaradağlı yolunda "VAZ-2107" markalı avtomobil ilə yük maşınının toqquşması zamanı "VAZ" sürücüsü və onun azyaşlı oğlu müxtəlif bədən xəsarətləri alıb.

1983-cü il təvəllüdlü sürücü Cəfərov İlyas Cingiz oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, onun oğlu, Qaradağlı kənd sakini, 2007-ci il təvəllüdlü Xəyyam İlyas oğlu Cəfərov isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.