USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərxoş moto bayker qəza törətdi - YARALI VAR

04.10.2018 Hadisə
0 1
Şəki rayonunda minik avtomobili motosikletlə toqquşub.

"Kommersant.az" xəbər verir ki, hadisə axşam saatlarında Cəfərabad kəndi ərazisində baş verib.

Rayonun Böyük Dəhnə kənd sakini, 1972-ci il təvəllüdlü Rüstəm Rauf oğlu Abdurəhimov motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı R.Abdurəhimov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, R.Abdurəhimova yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Qeyd edək ki, o, qəza zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.